Süni intellekt nədir?
Süni intellektnı anlamaq üçün ilk növbədə analitikanın əsaslarını dərk etmək vacibdir. Süni intellekt, əslində, analitika prosesinin ən inkişaf etmiş mərhələsi hesab olunur. Ancaq bu mərhələyə çatmadan əvvəl data analitikası və biznes analitikası kimi anlayışları başa düşmək lazımdır.
Data analitikası dedikdə, mövcud məlumatların təhlili, vizuallaşdırılması və hesabatların hazırlanması nəzərdə tutulur. Bu prosesin əsas məqsədi keçmiş məlumatları daha sistemli şəkildə anlamaqdır. Məsələn, satış məlumatları üzərində aparılan təhlillər nəticəsində vizuallar hazırlanır və bu vizuallar əsasında hesabatlar tərtib olunur. Bu yanaşma keçmişi başa düşmək üçün güclü alət olsa da, gələcəyi proqnozlaşdırmaq üçün məhduddur.
Data analitikasından sonra növbəti addım machine learning (maşın öyrənməsi) texnologiyasıdır. Machine learning data analitikası ilə oxşar məqsəd daşıyır, lakin əsas fərqi ondadır ki, bu proses məlumatlardan modellər qurmaq və proqnozlar vermək qabiliyyətinə malikdir.
Məsələn, Excel-də hazırlanmış vizuallar yalnız mövcud məlumatlara əsaslanır. Əgər məlumat silinsə, həmin vizuallar da itir. Ancaq machine learning-də modellər məlumatları öyrənərək, gələcəkdə məlumat bazasına ehtiyac olmadan yeni nəticələr təqdim edir. Bu, machine learning-in ən güclü tərəfidir və onu ənənəvi analitikadan fərqləndirir.
Süni intellekt, çoxlu sayda machine learning modellərinin və digər altsistemlərin inteqrasiyasından ibarət olan mürəkkəb bir sistemdir. Bu sistemlər böyük həcmdə məlumatı təhlil edir, sintezləşdirir və nəticələr əsasında yeni həllər yaradır. Süni intellekt sistemlərində “deep learning” (dərin öyrənmə) və “təbiət dili emalı” kimi qabaqcıl texnologiyalar istifadə olunur.
Məsələn, ChatGPT Süni intellektnın ən müasir nümunələrindən biridir. Bu sistem “deep learning” texnologiyası ilə məlumatları emal edir, təbii dillə yazışma və cavablandırma funksiyalarını yerinə yetirir. Süni intellekt sadəcə machine learning modellərinin toplusu deyil, eyni zamanda bu modelləri birləşdirən və onlardan daha geniş məqsədlər üçün istifadə edən bir mexanizmdir.